Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."

сен-21
13:24 2019
Sabunçu rayonunun Birinci Zabrat qəsəbəsində yasayan İlqar Rossoxo adlı sakin bizə acınacaqlı durumu barədə muraciət etdikdə üz tutduq deyilən ünvana.

Evi tapmaq üçün dolanbac yollardan keçməliydik. Bir tərəfi qəbiristanlıq, bir tərəfi də kanalizasiya sularının mühasirəyə aldığı evə daxil oluruq.

31 yaşlı İlqar Rossoxo danışır: “Atam Valeriy Rossoxo 1994-cü il yanvar ayının 25-də vətən ugrunda şəhid olub. Atam əslən ukraynalı olsa da, sovet illərində ailəsi ilə birgə Azərbayacana köçüb. Buranı ikinci vətəni sayan atam elə bu düşüncəylə də burada ailə qurub. Anam Mariya ilə evlənəndən sonra qəti olaraq burada qalmağı qərarlaşdırır.

Uşaqlıq illərindən əzab-əziyyətlə böyümüsəm. Ailədə 4 nəfər olmağımıza rəğmən atam döyüş bölgəsində oldugundan biz iki qardaşı anam təkbaşına boyüdüb. Hər xırda sirlərimizi də anamızla bölüşürdük.

Əvvəllər Köhnə Əhmədlidə yaşayırdıq. Atam Qarabağa döyüşə yollandıqda bəzi problemlərlə üzləşdik. Qonşularla münasibətimiz pisləşdi. Yeni Əhmədliyə köçdük. Orada da müəyyən müddət qaldıqdan sonra "Sovetski" deyilən ərazidə məskunlaşdıq”.

Həmsöhbətimiz deyir ki, 5 il əvvəl o ərazini sökməyə başlayıblar: “Anam bunun əvəzində 30 min manat pul aldı. Daha sonra biz şəhid ailəsi olduğumuzdan 11 min manat da kompensasiya verildi. Xalam bizdə qeydiyyatda oldugundan əvvəl verilən 30 min manatdan ona da pay düşdü. Mən isə şəhidin davamcışı olaraq birdəfəlik pul kimi verilən 11 min manatın 4000 nini özümə goturə bildim. Bu pulun uzərinə cətinliklə də olsa pul yigib 7000 minə bu gördüyünüz komanı aldım. Burada antisanitariya səraiti hökm sürür. Usaqlarıma xəstəlik kecəcəyindən narahatam.

Bu evdə əsyaları zibil qutularından yığmışam. Evin tavanını zibil qutularından topladığım taxta parcalariyla hazırlamışam".

İlqar Rossoxo deyir ki, problem bununla bitmir: “Hec olmasa övladımı məktəbə göndərə bilim... Səhid ailəsi ucun birdəfəlik yardim kimi ayrılan 11 min manatın yarısı qardaşıma çatdı. Qardasıma bundan əlavə evin söküntüsünün əvəzi olaraq verilən 30 min manatdan da pay qalmışdı”.

İlqar bəy qardaşının "Sovetski"də kirayədə yaşadığını, bu hadisədən sonra onunla əlaqə saxlamadığını bildirir.

Hazırda iki qız atasi olan İlqar bəy tək istəyi 10 yaslı Angelinanın məktəbə gedib təhsil almasıdır. Gözüyaşlı ata deyir ki, onsuz da güzəranı pisdir:

“Günüm zibillikdən plastik qab, butulka yığmaqdır. Gündəlik çörəkpulumu bununla qazaniram. Əlimə keçənləri yığıb şəhərdə obyektlərin birində 15-20 manata satıra. Bu pulla ailə dolandırmaq cətindir. Yeganə arzum Angelinanin evin yaxınlığında yerləsən 81 nomrəli məktəbə qoymaqdır. Ancaq buna görə məktəbin direktoru 3 il bundan əvvəl məndən pul istədi”.

İlqar bəy deyir ki, övladının artıq 10 yası var, amma hələ əlifbanı tanımır: “Bu mənim ucun cox ağır dərddir. İllərdir calisiram. Sikayətimə baxan yoxdur. Direktor Mehriban Əlizadənin qəbuluna getmişdim. Məndən 3 min manat pul istədi. Mənim vəziyyətim isə bəllidir. Bu pulu hardan tapacam? O biri qızım Safiyə isə hələ balacadır. Onun da böyüyüb bu problemlərlə üzləşməsini istəmirəm".

Müsahibim qızının məhz 81 nomrəli məktəbdə təhsil almaq istəyini onunla əlaqələndirir ki,həmin məktəbdə usaqlarin təhsili ucun hər iki dil rus və Azərbaycan dili bölmələri fəaliyyət gostərir. Balaca Angelinanin anası belarus oldugundan evdə yalnız rus dilində danışıblar: “Uşaq ucun bu dil cox rahatdir. Orada rus bölməsi olduğundan və evimizin yaxınlığında yerləsdiyindən qızımın orada təhsil alamsını istəyirəm”.

İlqar bəylə 81 nömrəli məktəbə yollandiq. Muhafizəci direktorun bizi qəbul etməyə vaxtı olmadığını bildirdi.

Direktorun təsərrufat isləri uzrə muavini Gulbahar Haciyeva isə pesə fəaliyyətimizə yerinə yetirməyimizə kobudcasina mane olaraq oradan uzaqlaşmağımızı istədi. Biz də - bir journalist olaraq mən və şəhid oğlu məktəbdən çıxdıq…Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился
  Bütün səslər