Qurban Qurbanov: “Baş hakimin iki sarı vərəqə verməsi məni özümdən çıxardı”

окт-07
11:57 2019
“Futbolçularımı təbrik edirəm. Çətin yox, ağır qrafiqdəyik. Həm çempionat, həm də Avropa Liqasında oynayırıq. Oyunçularda istək həddindən artıq çox olmalıdır. Çox aktiv görünürdülər. Onlara təşəkkür edirəm. Qələbə asan olmadı. Meydanda çox istəkli “Sabah” gördük. Əsas odur ki, 3 xal qazandıq”.
Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VII turunda evdə “Sabah”ı məğlub etdikləri (2:0) matçdan sonra mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis digər komandaların “Qarabağ”a qol vurmaqda çətinliklə üzləşmələrinə münasibət bildirib: “Kollektivdə qol buraxmamaq istəyi çoxdur. Bu gün də qapımızda təhlükəli epizodlar oldu. Bəzən müdafiəçilərimiz, bəzən isə qapıçı çox çalışır”.

Təcrübəli məşqçi oyunda zədələnən Mahir Emreli haqqında da danışıb: “Onun topuq hissəsi şişib. Gördüyümüz qədər durumu yaxşı deyil. Sabah durumuna tam aydınlıq gələcək. Onun xəsarət almasını istəməzdik. Bunlara hazır olmalıyıq”.

Qurbanov qarşılaşmadakı hakimlər barədə də fikirlərini bölüşüb: “Oyun ərzində irad bildirmədim. Baş hakimin görüşün əvvəlində iki sarı vərəqə verməsi məni özümdən çıxardı”.

Mütəxəssis Rusiyanın “Spartak” komandasının onunla maraqlanması iddiası haqqında bunları söyləyib: “Deyəsən, xəbər çıxdı ki, yeni baş məşqçiləri bəlli olub. Belə yazılara o qədər də önəm verməyək”.

Məşqçi sözlərinə milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama oyunu keçirmək istədiklərini də əlavə edib: “Ən azı bir oyun keçirmək niyyətindəyik. Amma ola bilər ki, bu 90 dəqiqəlik matç olmasın. Qarşılaşmanı oktyabrın 12-ə planlaşdırırıq. Məşq əvəzinə belə bir oyun keçirməyi planlaşdırırıq”.

Qurbanov “Qapıçı Asmir Beqoviçi yanvar ayından sonra Ağdam klubunda saxlamağa gücünüz çatacaqmı?” – sualına belə cavab verib: “Yox. (Gülür). Bu suala bilmirəm nə cavab verim. Amma hər şey ola bilər”. (Report.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился
  Bütün səslər