Novruz Məmmədovdan son qərar — Bu şəxslərin maaşları artırıldı

окт-09
11:20 2019
Nazirlər Kabineti olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında qərar imzalayıb.
Bu barədə Novruz Məmmədovun (artıq keçmiş Baş nazir) 7 oktyabrda imzaladığı qərarda bildirilib.

Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 86 nömrəli Qərarının 1-ci hissəsində 594 rəqəmi və 890 rəqəmi ilə əvəz edilib.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Xatırladaq ki, Milli Məclis oktyabrın 8-də Əli Əsədovun Baş nazir postuna təyin olunmasına razılıq verilməsi məsələsinə baxıb.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Novruz Məmmədov Baş nazir vəzifəsindən istefa verməsi ilə bağlı Prezidentə ərizə ilə müraciət edib.

Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı məsələ səsə qoyularaq qəbul edilib.

Bundan sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился
  Bütün səslər