O qədər kasıb idi ki, çörək ala bilmirdi - Azərbaycanlı milyonçu

окт-09
12:29 2019
Anv.az “Milyonçu həyatı” adlı rubrikasını davam etdirir.

Hər həftənin çərşənbə günü oxucuların görüşünə gələcək rubrikada azərbaycanlı milyonçulardan, daha doğrusu onların keçdiyi həyat yolundan bəhs ediləcək.

Haqqında bəhs edəcəyimiz növbəti azərbaycanlı milyonçu, Rusiyada fəaliyyət göstərən iş adamı Gülağa Qəmbərovdur.

Gülağa Qəmbərov kimdir?

Bir neçə gün öncə 58 yaşının tamamlayan biznesmen Gülağa Qəmbərov 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan kəndində anadan olub.

Orta təhsilini doğma kəndi – Ərkivanda, ali təhsilini isə Moskva İnşaat Mühəndisləri institutunda alıb.

Fəhləlikdən başlanan yol, mühəndis olmaq sevdası VƏ...

Kəndçilərinin dediyinə görə, G.Qəmbərov uşaq yaşlarından mühəndis olmaq istəyirmiş. Deyilənə görə, çox çətin və məşəqqətli həyat yaşayıb. Atası çox kasıb adam imiş. Gülağagil rayonun mərkəzi bazarına gedəndə özlərini dünyanın ən xoşbəxt adamı sayırmışlar. Bir qarnı ac- bir qarnı tox, minbir əziyyət və məhrumiyyətlərə qatlaşan Gülağa orta məktəbi fərqlənmə ilə bitirir.

Hərbi xidmətini başa vuran kimi Rusiyaya yollanır. Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayır. Çox keçmir ki, onu daha ciddi və məsuliyyətli işlərə irəli çəkirlər. O zamanlar G.Qəmbərov başa düşürdü ki, ali təhsili olmadan tikinti sahəsində irəli gedə bilməyəcək, yerində sayacaq. Məhz bu səbəbdən istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunda ali təhsil alır və çox keçmir ki, SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alır.

Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akadimiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülaga Qəmbərov Fondu”nun prezidentidir.

Şair, xeyriyyəçi, şahmatçı, inşaatçı VƏ...

Gülağa Qəmbərovu cəmiyyətdə daha çox Gülağa Tənha imzasıyla tanıyırlar. O, sahibkarlıq fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla da məşğul olur. Müxtəlif şer və hekayələrin müəllifi olan G.Tənha eyni zamanda rəhbəri olduğu “Gülaga Qəmbərov Fondu”nun xətti ilə müxtəlif xeyriyyə kampaniyaları təşkil edir, özü şahmatçı olmasa da, Azərbaycan şahmatçılarının inkişafına dəstəyini əsirgəmir.

Ölkəmizin şahmat tarixinə adını qızıl hərflərlə yazdırmış Məmmədyarovlar ailəsinə, Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlara maddi dəstək göstərir, onların beynəlxalq yarışlarda iştirakına sponsorluq edir. Gimnastikanın, badmintonun da inkişafına maraq göstərən Gülaga Qəmbərov həm də qayıq idmanını xoşlayır. İddia edir ki, əgər respublikamızda idmanın bu sahəsinə maraq artarsa, təmənnasız olaraq daha bir neçə yelkənli qayıq göndərməyə hazırdır.

Gülaga Qəmbərov Moskvadakı “Nadejda i pomoş” Xeyriyyə Fondunun da təsisçilərindən biridir. Fondun digər təsisçiləri şimal-şərq dairəsi prefekti, Moskva şəhər dumasının sədri Vladimir Mixayloviç Plotoniv və dumanın maliyyə büdcə komissiyasının sədrı İqor Yevgenyeviç Antonovdur.

Adı müxtəlif qalmaqallarda hallanır, onu Mahmudovla...

Gülağa Qəmbərov yuxarıda qeyd olunan fəaliyyətləri ilə yanaşı cəmiyyət üçün kifayət qədər müəmmalı adamdır. Onun adı vaxtaşırı olaraq müxtəlif qalmaqallarda hallanır.

Dünyanın ən böyük elektron axtarış sistemi – google-də onun adına verilən axtarış heç də müsbət nəticələri ortaya çıxarmır. Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla dost olduğu iddia olunan yazılarda şair-biznesmenin hətta keçmiş nazirin oğluna Moskvada ev aldığı da öz əksini tapıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi adı keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesində ifadə verən G.Qəmbərov adıçəkilən şəxsdən şikayətçi olduğunu desə də, onunla birgə iş gördüyün danmır:

“Çindən saat 8-də gəlmişəm. Məhkəmədə ifadə verib, axşam da təyyarə ilə geri qaydıacam. Əslində işin belə olmasını istəməzdim. İlhamı indi də burada görəndə pis oluram. Pulları İlhama bir ay ərzində vermişəm. Ümumilkdə 19 milyon 500 min dollardır. Mən bu günə qədər heç bir azərbaycanlı ilə şəriklik etməmişəm. Amma İlhamla tanış oldum, o, mənim ürəyimə girdi, etdiyi təklifi qəbul etdim. Sonra aramızda problemlər yarandı”.

Milyonçu deyib ki, İlham Qasımovdan şikayətçi olmasına əsas səbəb tanımdığı şəxslərin onun yanına gələrək pul tələb etməsi, onlara borclu olduqlarını deməsi olub. G.Qəmbərov deyib ki, Moskvada ofisinə gələn xeyli insan ondan pul tələb edib: “Bina tikintisi aparacaqdıq. Sonra tikilən evlər bir neçə nəfərə satıldı. Şikayətçilər də mənim üstümə gəlirdi. İlk verdiyim 10 milyon dollara bina tikilməli idi. Bina tikilə-tikilə evlərin satılacağını deyirdi. Ancaq bunun qanunla da qadağan olunduğunu düşünüb, belə olmamasını istədim. Evlərin tikildikdən sonra satılmasını istədim. Əlavə olaraq 3 milyondan artıq pul verdim. Sonra “Nizami” metrostansiyasının arxasında yarımtikili bir ərazini mənə göstərib, orada da bina inşa edə biləcəyimizi dedi. Həmin yerin ona məxsus “Real” MTK-ya aid olduğunu dedi. Bunun üçün də pul ayrıdıq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился
  Bütün səslər